Yayda ayrılmaq fikrində deyil - “Mançester Yunayted”dən

18:40 İngiltərə 92
Yayda ayrılmaq fikrində deyil - “Mançester Yunayted”dən

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt, şayiələrə baxmayaraq, klubdan ayrılmaq niyyətində deyil.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu yayda “qırmızı şeytanlar”dan ayrılmaq istəmir.

Çünki o, bu mövsüm özünü daha inamlı hiss edir.

Mauntun zədə problemləri hamıya məlumdur, ancaq o, bu mövsüm əvvəlki illərdəki qədər çox oyun buraxmayıb.

27 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 19 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti