“Neftçi”də sürpriz, “Sumqayıt”da qalmaqal, “Qarabağ”da yeni qərar - VİDEO

5 Mart 17:40 Azərbaycan Futbolu 945
“Neftçi”də sürpriz, “Sumqayıt”da qalmaqal, “Qarabağ”da yeni qərar - VİDEO

Premyer Liqada mövsüm hələ final mərhələsinə yaxınlaşmayıb.

Bununla belə, klubların daxili həyatı qaynar qazan kimi qaynamaqdadır. Hərəsində proses bir cür gedir.

Məsələn, «Neftçi»də rəhbərlik futbolçuları motivasiya etmək üçün onlara mükafat ödəyib.

Son turda «Şamaxı» ilə 2:2 oynayan komandanın hakimlərin nəticəyə müdaxiləsi ucbatından qələbə qazanmaması fikri düşərgəyə hakimdir.

«Qarabağ» isə gedişat bir qədər fərqlidir. «Köhlən atlar»ın Aleksey Kaşuku «Sabah»a satması gündəmdədir.

Hər halda «bayquşlar» iki mövsüm xidmətindən icarə əsasında yararlandığı ukraynalı müdafiəçinin xidmətində maraqlıdır.

Son həftələrdə eniş yaşayan «Sumqayıt»da vəziyyət kritikdir. Klubun yönətimi ölkə kubokunda mübarizəni dayandıran heyətə sərt üzünü göstərib.

“SPORTİNFO TV”

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi