Mənsimovlardan "Xəzər Lənkəran"la bağlı YENİ QƏRAR

3 İyun 2020 10:52 Azərbaycan Futbolu 1 575
Mənsimovlardan "Xəzər Lənkəran"la bağlı YENİ QƏRAR

«Xəzər Lənkəran»» rəhbərliyi klubun fəaliyyətini tamamilə dayandırmağı planlaşdırır.

Sportinfo.az-ın məlumatına görə, bu barədə göstəriş İstanbuldan – «Palmali»nin baş ofisindən gəlib.

Bu qərar «ağ-yaşıllar»ın fəxri prezidenti Mübariz Mənsimovun 2 aya yaxındır həbsdə olmasıyla əlaqədardır.

Ümumən, Mənsimovlar ailəsi futbolla əlsaqələrini qeyri-müəyyən müddətədək dondurmaq fikrindədir. Bunun nə qədər davam etməsi klubun sahibinin nə vaxt azadlığa çıxmasından, bir də AFFA rəhbərliyində dəyişikliyin nə vaxt gerçəkləşməsindən asılıdır.

«Xəzər Lənkəran»ın əsas komandası 2016-cı ildə fəaliyyətini dayandırsa da, akademiyanın 3 yaş qrupu ölkə çempionatında çıxışlarını davam etdirib. Amma ötən müddətdə də AFFA ilə ixtilaflar bitməyib.

XL rəsmiləri dəfələrlə federasiyanın onlara biganə münasibətindən şikayətlənib, ayrı-seçkliyə məruz qalmalarına diqqət çəkib. Xüsusən 17 yaşlılardan ibarət komandayla bağlı narazılıqlar ciddi hal alıb. U-17-nin məşqçi və futbolçuları dəfələrlə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı