"Xəzər Lənkəran"lı qol vurdu, Nurlan 90 dəqiqə "susdu" - VİDEO

31 May 2020 11:20 Azərbaycan Futbolu 474
"Xəzər Lənkəran"lı qol vurdu, Nurlan 90 dəqiqə "susdu" - VİDEO

Estoniya çempionatında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” səfərdə “Kuressaare” ilə qarşılaşmada 2:3 hesabı ilə uduzub.

“Narva Trans”ın qollarından birini Azərbaycanda "Xəzər Lənkəran", AZAL və "Zirə"də oynamış malili yarımmüdafiəçi Sadio Tounkara vurub.

Nurlan isə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. “Narva Trans” 4 turdan sonra 1 xalla sonuncudur.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?