"Mənə görə niyə legioner limitinin biri boş qalmalıdır?"

24 Mart 2020 19:12 Azərbaycan Futbolu 684
"Mənə görə niyə legioner limitinin biri boş qalmalıdır?"

Sportinfo.az xəbər verir ki, Azərbaycanda “Kəpəz”in formasını geyinən, ötən il Litva “Yonava”sında legioner həyatı yaşayan Tural Rzayev bu ilin yanvarında Gürcüstana üz tutaraq “Merani” ilə müqavilə bağlamışdı.

Ancaq srağagün Martvili təmsilçisinin “feysbuk” səhifəsi azərbaycanlı futbolçu ilə yolların ayrıldığı barədə xəbər paylaşıb. Xəbərdə 26 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın qarşılıqlı razılaşma əsasında pozulduğu bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Rzayevi aradıq: “Yanvarda “Merani” ilə birillik müqavilə imzalamışdım. Komanda ilə birgə toplanış keçib yaxşı forma da yığmışdım.

Təəssüf ki, çempionatın startına iki gün qalmış, daha dəqiq desəm, fevralın 27-də məşqdə zədələndim. Ertəsi MRT müayinəsindən sonra məlum oldu ki, ön çarpaz bağlarım qopub. Zədə ağır olduğundan ən azı 6 ay müalicə olunmalıyam. Bu üzdən klub rəhbərliyi ilə görüşdük.

Onlar mənə Gürcüstanda əməliyyat olunmağı təklif etdilər. Ancaq mən razılaşmadım və Türkiyəyə yollanmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni başa düşdülər və müalicə xərclərimi üzərlərinə götürdülər. Bundan əlavə müəyyən qədər təzminat da verəcəklərini bildirdilər.

Orda qalıb müalicədən sonra futbol oynaya bilərdim. Ancaq əməliyyatdan sonra bərpa müddətinin sentyabr-oktyabra kimi çəkəcəyini nəzərə alıb, ayrılmaq qərarını verdim. Gürcüstan çempionatı “yaz-payız” sistemi ilə keçirildiyindən, demək olar ki, mövsümü boşa vermiş olacaqdım.

Bu, həm də kluba sərf etmirdi. Komandada mənimlə birlikdə 4 legioner var idi. Zədəli halda sifariş ərizəsində yer tutmağım onlara da sərf etmirdi. Klub rəhbəriyini də yaxşı başa düşürəm.

Mənə görə niyə legioner limitinin biri boş qalmalıdı? Fikrimcə, müqavilənin qarşılıqlı razılıq əsasında pozulması həm mənim, həm də “Merani” üçün yaxşı oldu” (Futbol+).

Tural həm əməliyyatından, həm də koronavirusla bağlı Gürcüstandakı vəziyyətdən danışdı: “Dedyim kimi, əməliyyat üçün Türkiyəyə yollanmağı planlaşdırmışam. Ordakı həkimlə də artıq danışığımız olub. Ancaq indi sərhədlər bağlandığından gedə bilmirəm.

Vəziyyət normallaşandan sonra qardaş ölkəyə gedəcəm. Koronavirusa gəlincə, hər yerdə olduğu kimi, Gürcüstanda da həyat sanki donub. Tiflisin küçələrini hələ belə boş görməmişdim. Tək-tük adama rast gəlmək olur. İnsanlar zərurət olmadığı halda evdən bayıra çıxmırlar. Düzdü, gündəlik işə gedənlər yenə işlərindən qalmırlar. Ancaq daha əvvəlki kimi küçələrdə qələbəlik yaşanmır.

Turistlərə də rast gəlmək mümkün deyil. Gürcüstan çempionatında da oyunlara ara verilib. Çempionatın nə vaxt bərpa olunacağını dəqiq bilən yoxdu. Geri qayıdanda sərhəddə heç bir problemlə üzləşmədim. Onu da qeyd edim ki, “Qırmızı Körpü”də demək olar ki, heç kim yox idi.

Gürcüstanla sərhəd bağlı olsa da, Azərbaycan vətəndaşlarının geriyə qayıtmasında çətinlik yaşanmır. Sərhəddə həkimlər məni yoxladılar və hər hansı problem aşkar olunmadığından vətənə dönməyə icazə verildi. Ancaq burdan ora gedən azərbaycanlıların sərhədi keçməsinə qadağa qoyulub”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı