Elxan Məmmədovun sirli bağ evi və ya qapı arxasında qalan prezident - VİDEO

21 Mart 2020 16:42 Azərbaycan Futbolu 1 305
Elxan Məmmədovun sirli bağ evi və ya qapı arxasında qalan prezident - VİDEO

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov koronavirus epidemiyasına qarşı olan “Stay at home” ("Evdə qal”) aksiyasına qoşulub.

Federasiyanın sosial şəbəkə hesabı 40 yaşlı funksionerin top çilədiyi videonu paylaşıb.

Bu paylaşıma sosial şəbəkələrdə münasibət birmənalı deyil. E.Məmmədovun "evdə qal” dediyi məkanın özüylə bağlı müxtəlif xəbərlər yayılıb. Əsas iddiaya görə, qurumun rəhbəri bu çəkilişi özünün bağ evində çəkdirib.

Həmin yer Mərdəkanda yerləşir. Bir qədər də dəqiqləşdirsək, «Dalğa Arena»nın yaxınlığında. SOCAR-nın milli komandalar üçün tikdiyi bazanın qonşuluğbunda salınan bağın ərazisini ona hədiyyə ediblər.

Neft şikətinin məsul şəxslərinin bağışadığı torpaq sahəsini bağa çevirmək üçün Məmmədovun bir neçə yüz min manat xərc çəkdiyi söylənilir. O, qısa müddətdə burada hər cür şərait yaradıb. Biri təbii, biri süni örtüklü olmaqla, 2 meydança saldırıb.

Güman ki, bu qazronlar icraçı vitse-prezidentə havayı başa gəlib. Çünki ölkədəki əksər stadionları kurasiyasına alan «Aqrosport» Məmmədova bağlıdır. Adıçəkilən şirkət birbaşa onun nəzarəti altında fəaliyyət göstərir

Birbaşa və ya dolayısı ilə AFFA-ya aidiyyatlı bütün klublar, arenalar «Aqrosport»la əməkdaşlıq edir. Aydındır ki, bu, sözügedən şirkətin keyfiyyətli iş görməsiylə əlaqəli deyil.

Sadəcə, Elxan Məmmədov əlaltılarına tapşırır, onlar da bütün «tender»ləri «Aqrosport»a verir. Yəni ki, büdcədən ayrılan külli miqdarda vəsait bir cibə axır.

O da maraqlıdır ki, Mərdəkandakı bağ Elxan Məmmədovun vacib görüş yeridir. AFFA-nın birinci şəxsi ən yaxın çevrəsini, adətən, bu məkanda bir araya gətirir.

Son 2 ildə bura üçün ən çox darıxan və yaxud ən az gedib-gələn şəxs Kamran Quliyevdir. İcraçı vitse-prezident «Neftçi»nin prezidenti ilə barışsa da, daha əvvəkitək yaxına buraxmır.

Elxan Məmmədovun hələ də şübhəsi tam aradan qalxmayıb ki, özü və fəaliyyəti ilə bağlı əksər informasiyaları mətbuata hörməitli Kamran bəy ötürür.

Ona yaxın digər şəxslərin formalaşdırdığı fikir Quliyevin Məmmədovla sıx münasibətdə olmasına yenə də problem yaradır. Halbuki bilənlər bilir ki, «Neftçi»nin prezidenti AFFA-nın de-fakto şefinin KİV-də təbliğatını aparmaq üçün necə çalışır, «məni tənqid edin, amma onunla işiniz tolmasın» xahişi ilə redaksiyaların qapısını döyür.

O birilər bunu eldirmi, yaxud özünə sığışdırırmı?

Elxan Məmmədovun əhatəsindəkilərdən heç kim onun üçün əl-ayağa düşmür, sinəsini qabağa vermir. Birpcə Kamran Quliyev… Gəl ki, «Netçi»nin prezidenti bu gün əksər görüşlər zamanı içəri qapı arxasından boylanır. İcraçı vitse-prezidentin ən cəfakeş və çılğın tərəfdarı ola-ola…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!