
"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun köməkçisi Sahil İmanov onun vəziyyəti ilə bağlı məlumat verib.
Sportinfo.az xəbər verir ki, klub sahibi olan iş adamının vəziyyəti heç də yaxşı deyil.
S.İmanov bildirib ki, ötən günlərdə Mənsimovun səhhətində problemlər yaranıb. O, 5 gündür yemək yemədiyini, sədəcə, su içdiyini deyib. Mənsimov 15 martda FETO ilə əməkdaşlıqda ittiham edilərək saxlanılıb.