İcraiyyə Komitəsinin milliyə baş məşqçi seçəcəyi gün BİLİNDİ

13 Fevral 2020 11:48 Azərbaycan Futbolu 1 114
İcraiyyə Komitəsinin milliyə baş məşqçi seçəcəyi gün BİLİNDİ

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının vaxtı müəyyənləşib.

Sportinfo.az-ın federasiyadan aldığı məlumata görə, ali orqanın təmsilçilərinin fevralın 18-də bir araya gəlməsi nəzərdə tutulub.

Gündəlikdəki məsələlərin əksəriyyəti milli komandalarla bağlıdır. Belə ki, əsas yığmanın baş məşqçi postuna namizədlər bir daha müzakirəyə çıxarılacaq.

Hazırda onların sayı 32-dir və hamısı əcnəbidir. İK siyahıda olanlar arasında ən real variantları seçməli və konkret şəxslərlə danışıqlar aparılmasına razılıq verməlidir.

AFFA Nikola Yurçeviçdən boşalan vəzifənin bu ayın axırı, martın əvvəlinədək tutulmasına çalışır.

Maraqlıdır ki, prezident Rövnəq Abdullayev yığmaya namizədlərinr siyahısına yerli mütəxəssislərin adlarının daxil edilməsini istəsə də, tapşırığı baş katiblik tərəfindən yerinə yetirilməyib.

Xəbər Lenti