Messinin həmyerliləri Azərbaycan futbolunu ayağa qaldırmağa hazırdır

27 Yanvar 2020 11:42 Azərbaycan Futbolu 1 054
Messinin həmyerliləri Azərbaycan futbolunu ayağa qaldırmağa hazırdır

"Futbol Argentinada ən məşhur idman növüdür".

Sportinfo.az xəbər verir ki, bu sözlər Argentinanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Serxio Osvaldo Peres Kunelyaya məxsusdur.

O bildirib ki, Argentinanın bu günə kimi gəlib çatan tarixi futbol ənənələri var. Yaxın keçmişdə Dieqo Maradonann qazandığı dünya şöhrətli futboçu kariyerasını günümüzdə Leonel Messi davam etdirir:

"Bir çox gənclərimiz bu gün futbola böyük maraq göstərirlər. Bizim futbolçularımızın gücü bu idman növü ilə uşaqlıqdan məşğul olmaları və həyatlarını buna həsr etmələridir.

Argentina küçələrində gəzən zaman uşaqların necə böyük həvəslə topa toxunduqlarını görərkən, siz mənim fikirlərimə əmin ola biləcəksiz.

Bu gün bizim çox böyük Futbol Assosasiyamız var və Argentina futbolunun inkişafı üçün böyük işlər görür. Texniki göstəriciləri çox yüksək olan Franko Flores Azərbaycanda - "Keşlə"də legioner həyatı keçirməkdədir".

Azərbaycan dövləti son illər ölkə idmanına böyük qayğı göstərir və yatırımlar edir. Bu mənada keçid dövrü yaşayan Azərbaycan futbolu Argentinadan ciddi baxımda yararlana bilər.

O, "Azərbaycana nə kimi təklifləriniz ola bilər" sualına belə cavab verib: "Çox maraqlı bir məqam odur ki, bizim futbol federasiyalarımızın adında oxşarlıq var. Argentina Futbol Federasiyası AFA , Azərbaycan Futbol Assosasiyası AFFA adlanır.

Argentinanın futbol təcrübəsindən istifadəyə gəlincə, federasiyalar şəklində qurulan əlaqələr möhkəmləndirilməlidir. Azərbaycan tərəfi Argentina təcrübəsindən yararlanmaq üçün bizim futbol federasiyamıza müraciət edəcəyi təqdirdə, mən əminəm ki, buna razılıq veriləcək.

Və biz Argentinanın Azərbaycandakı səfirliyi olaraq futbol və digər idman sahələrindəki əməkdaşlığa dair öz töhfələrimizi verməyə hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti