“Borussiya”nın eks legioneri “Qarabağ”ı seçdi? - YENİ TRANSFER İDDİASI

09:00 Qarabağ 328
“Borussiya”nın eks legioneri “Qarabağ”ı seçdi? - YENİ TRANSFER İDDİASI

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu “Ferentsvaroş”un sağ cinah oyunçusu Cebrail Makreçkisi heyətinə qatmağa hazırlaşır.

26 yaşlı futbolçu ilə Türkiyədən “Samsunspor” da maraqlansa da, o, karyerasını Azərbaycanda davam etdirməyə üstünlük verib.

Almaniyada dünyaya gəlmiş, “Bayer”in yetirməsi olan Makreçkis “Bonner”, “Borussiya” (Dortmund, II), “Viktoriya” (Berlin), “Pirin” kimi komandaların da şərəfini qoruyub. O, 2023-cü ilin yayından “Ferentsvaroş”da çıxış edir.

“Csakfoci” portalının iddiasına görə, “Qarabağ” latviyalı futbolçu üçün “Ferentsvaroş”a təzminat ödəyəcək. Amma maraqlıdır ki, müdafiəçinin Macarıstan klubu ilə müqaviləsinin müddəti bu yay başa çatıb.

Makreçkis Latviyanın U-19 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti