“Neftçi”də oynamış ulduz: “Məni 1 illik sınayın, uduzsaq, heç bir söhbətsiz qovun”

08:40 Hadisə 240
“Neftçi”də oynamış ulduz: “Məni 1 illik sınayın, uduzsaq, heç bir söhbətsiz qovun”

"Neftçi"nin sabiq legioneri Keysuke Honda sosial şəbəkə hesabında Yaponiya millisinin baş məşqçisi olmaq istədiyini açıqlayıb.

Sportinfo.az xarici mediaya istinadən xəbər verir ki, veteran futbolçu 1 il müddətinə ölkəsinin millisində baş məşqçi olmağı təklif edib.

O, komandanın hazırkı çalışdırıcısı Hajime Moriyasuya yeni, 1 illik müqavilə təklif edilməsindən sonra özünü bu postda sınamaq istədiyini söyləyib:

"Fərqli fikirlərin olacağını düşünürəm, lakin yenə də danışacağam. Hajime Moriyasuya 1 illik müqavilə təklif edildiyi barədə xəbər gördüm.

Bu, növbəti məşqçi postuna uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, məni 1 illik sınayın.

Asiya Kubokunda uduzsaq, məni heç bir söhbətsiz qovun. Bu çağırışı qəbul etməyə hazıram".

Yaponiya seçməsi DÇ-2026-nın 1/16 finalında Braziliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Keysuke Honda 2021-ci ildə "Neftçi"də forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti