Azərbaycanlı nazir: “DÇ-2026-nın bəzi matçlarına baxa bilmirəm"

Azərbaycanlı nazir: “DÇ-2026-nın bəzi matçlarına baxa bilmirəm"

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının oyunlarını izləyir.

Sportinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir saat fərqi ilə əlaqədar bəzi matçlara baxa bilmədiyini söyləyib:

"Dünya çempionatını izləyirəm. Sadəcə, gecə baş tutan bəzi matçlara baxa bilmirəm. Amma baxa bilmədiyim oyunların hesablarını, daha sonra isə matçın icmalını izləməyə çalışıram".

DÇ-2026 iyulun 19-da başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti