AFFA-nın 3-cü vitse-prezidenti kim olacaq?

24 Yanvar 2020 21:00 Azərbaycan Futbolu 920
AFFA-nın 3-cü vitse-prezidenti kim olacaq?

AFFA-nın yanvarın 8-də keçirilən növbədənkənar hesabat konfransında bir sıra qərarlar qəbul olundu.

İcraiyyə Komitəsi üzvlərinin sayı artırılıb. Yeni nizamnaməyə əsasən, üzv sayı 11-dən 13-ə çatdırılıb.

Eyni zamanda AFFA-da I vitse-prezident vəzifəsi ləğv olunub, əvəzində vitse-prezident sayı 4-ə yüksəldilib, onlardan biri icraçı statusuna malikdir.. Seçki yanvarın 28-də olacaq.

Bugünlərdə məlumat vermişdik ki, Rauf Əliyev və Elşad Nəsirov qarşıdakı 4 il müddətində də AFFA rəhbərliyində yer alacaq.

İcraçı vitse-prezident vəzifəsinə baş katib Elxan Məmmədov təyin ediləcək. Digər vitse-prezident postuna isə hazırda 3 namizəd var - Vaqif Sadıqov, İsgəndər Cavadov və Zaur Axundov.

Federasiyalan redaksiyamıza verilən məlumata görə, Rövnəq Abdullayev seçimin sırf futbol veteranları arasından edilməsini tapşırıb.

Prezidentin dediyi parametrlərə Cavadov daha çox uyğun gəlsə də, baş katib Sadıqovu qabağa salmağı qarşısına məqsəd qoyub.

AFFA-nın Məşqçilər Komitəsinin sədri olan sonuncu birbaşa Elxan Məmmədova tabedir və ötən 5 il ərzində bir dəfə də əmrindən çıxmayıb.

Onun Regional Futbol Federasiyalarının prezidentinə bir o qədər də beli bağlı deyil. Belə deyək ki, Cavadov baş katibin gözündə «sürüşkən» kadrdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"