Azərbaycan futbolunda yeni ad - "XOCALI"

20 Noyabr 18:50 Azərbaycan Futbolu 481
Azərbaycan futbolunda yeni ad -

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. Sportinfo.az xəbər verir ki, yeni klub “Xocalı” adlanır.

Bununla bağlı klubun və Xətai İcra Hakimiyyətinin nümayəndələri, eyni zamanda futbol mütəxəssisləri “Ana harayı” abidəsini ziyarət ediblər.

“Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: “Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb.

Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında “Xocalı” adını layiqincə qorumaqdır. Klub hazırda Masazırdakı stadionda məşq edir”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 23:20 "Barselona"ya "yox" dedi
11 Dekabr 17:54 "Neftçi"də kommunal borc
11 Dekabr 16:36 "Səbail"də ilk ayrılıq
11 Dekabr 13:04 Fati tarixə düşdü