AFFA Qubada akademiya açır, peşəkar klub yaradır

11 Noyabr 2019 17:55 Azərbaycan Futbolu 1 428
AFFA Qubada akademiya açır, peşəkar klub yaradır

AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda Qubaya yollanıb. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Məmmədov şimal bölgəsinə səfər çərçivəsində yerli İcra Hakimiyyətinin nümayəndələri ilə görüşüb.

Federasiya Quba Olimpiya Kompleksinin stadionunun əsaslı təmiri və yenidən qurulması üçün pul ayırıb. Baş katibin sözügedən rayona səfərinin əsas məqsədi də bununla bağlı olub.

Məmmədov yerli İcra Hakimiyyətinin nümayəndələri ilə görüşdə görülən işlərlə maraqlanıb və AFFA-nın Qubada futbol akademiyası açmaq istədiyini bildirib. Bundan başqa, bölgədə peşəkar klub yaratmaq üçün birgə əməkdaşlıq təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”