"Sumqayıt"da iki baş məşqçinin əl işi var"

13 Fevral 2025 21:00 Azərbaycan Futbolu 802
"Sumqayıt"da iki baş məşqçinin əl işi var"

"Sumqayıt"da iki baş məşqçinin əl işi var. Ona görə də bizim üçün çətin idi.".

Bu fikirlər "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova məxsudur.

Bölgə klubu Premyer Liqanın 22-ci turunda məhz "Sumqayıt" üzərində çətin qələbəyə sevindi.

Brahim Konatenin 54-cü dəqiqədə vurduğu qol matçda yeganə oldu.

Bu, həm də "şirlər"in yeni ildə rəsmi qələbəsi kimi tarixə düşdü.

Təcrübəli mütəxəssis "Samir Abasovun, yoxsa Vaqif Cavadovun işi daha çox görünürdü" sualına isə belə cavab verib:

"Hər iki baş məşqçinin izi görünür. Bəzi hücumlar Samir Abasovun hücumlarıdır. Sürətli keçidlər, müdafiə olunmaq planı Vaqif Cavadovun işidir".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?