COP29

GÜNDƏM: Oxşar qərar, eyni təfəkkür, fərqli münasibət

15 İyun 20:00 Azərbaycan Futbolu 1 379
GÜNDƏM: Oxşar qərar, eyni təfəkkür, fərqli münasibət

"Turan Tovuz"a baş məşqçi gələcək 71 yaşlı Berdiyevə əl çalıb, milli komandamızın sükanı arxasına keçən 68 yaşlı Santuşa qan qusmaq...

Məncə, oxşar qərardı. Hər iki halda da qərar verən şəxslər reklama, məşhurluğa önəm veriblər. Peşəkarlaq qalıb arxa planda.

Belə müqayisə edəsi olsaq, portuqaliyalı həmkarından daha çox perespektiv vəd edir.

Ən azı daha cavandır. Karyerasında qazandığı ən böyük titul - Avropa çempionluğu daha yaxın keçmişi əhatə edir.

Berdiyev isə daha yaşlı olmaqla bərabər, uzun müddətdir məşqçi kimi ortaya iş qoymağı bacarmır. Adı çəkiləndə hər kəs "Rubin"i xatırlayır. O da gedib çıxır 12 il əvvələ. Bəs son 12 ildə rusiyalı mütəxəssis nə işə baxıb? Maksimum Qazaxıstanda qazanılan 1 ölkə kuboku. Vəssalam!

Lakin nədənsə kütlə açıq həqiqətləri görməzdən gəlir.

Ölkə futbolunda haqlı olaraq ən çox tənqid olunan qurum AFFA-dır. Bu dəfə də çoxluq klubu buraxıb, federasiyaya istiqamət aldı.

Bir daha aydın göründü ki, bizim əsas problemimiz nə Elxan Məmmədov idi, nə də Rövşən Nəcəfdir.

Bəlamız yanlış yanaşma, ikili münasibətlər, şəxsi maraqlardır.

AFFA-nı başa düşdük, illərdi alışdığımız qələtə "davam" dedi.

Bəs bir klub ölkənin ən bacarıqlı 2-3 məşqçisindən birini göndərib əvəzinə 71 yaşlı əcnəbini niyə gətirdi?

Tutaq ki, ölkədə Abbasovu əvəzləyəcək başqa yerli mütəxəssis qəhəd idi. Bəs perespektiv vəd edən gənc əcnəbi də yox idi?

Tanımasam düşünərəm ki, "Turan"da da qərar verən şəxs AFFA rəhbəridir.

Amma fərqli adamlar, eyni təfəkkürdür.

Adamları yox, təfəkkürü dəyişməliyik. Mümkündür?

Çətin yox, çox çətin sualdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?