Azərbaycan millisinin sabiq vingerinə “müqaviləni ləğv edək dedilər”, ara qnarışdı

15:00 Problem 199
Azərbaycan millisinin sabiq vingerinə “müqaviləni ləğv edək dedilər”, ara qnarışdı

“Vasnpor”la Azərbaycan millisinin sabiq vingeri Ozan Can Kökcü arasında ciddi problem yaranıb.

Yaxınlarda 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalamış Türkiyənin I Liqa klubu fikrini dəyişdirib.

Qonşu ölkə təmsilçisi ona kontraktı ikitərəfli şəkildə pozmağı təklif edib.

Klub rəhbərliyi onu yerli statusu ilə iştirak ərizəsinə daxil etməyi planlaşdırsa da, Türkiyə Futbol Federasiyasından (TFF) gələn cavabdan şok keçirblər.

TFF vingerin Azərbaycan vətəndaşlığına keçməsini əsas gətirərək, "Vanspor"un istəyini geri çevirib. Yəni ki, Can burada oynayarsa, legioner sayılacaq.

Onlar da bunu istəmirlər. Odur ki, yarımmüdafiəçi ilə yolları ayırmağı gündəmə gətiriblər.

Fəqət, futbolçunun meneceri olan atası bu təklifi geri çevirib. O, müqavilənin pozulması üçün böyük məbləğdə təzminat istəyib.

Ozan Can Kökçünün son klubu Niderlandda "Volendam" olub.

O, buranı sərbəst agent statusuyla tərk eləyib. Çünki komandası elitada qalmaq uğrunda pley-off oyunlarında istəyinə çatmayıb,

“Villem II” ilə ilk matçda 2:1 hesablı qələbə qazanan “Volendam” cavab görüşündə eyni hesabla uduzub.

Əlavə vaxtda qol olmadğına görə qalib penaltilər seriyasında dəqiqləşib.

Penaltilərdə daha uğurlu olan “Villem II” qələbə qazanaraq (5:4) Erediviziyaya yüksəlib, “Volendam” isə yeni mövsümdə 1-ci liqada mübarizə aparacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti