“Ümid edirəm ki, bu komanda argentinalıların həyatını çətinləşdirəcək”

“Ümid edirəm ki, bu komanda argentinalıların həyatını çətinləşdirəcək”

Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan dünya çempionatının 1/16 final mərhələsində Argentina millisi ilə Kabo-Verde yığması arasında keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan gözləntilərinin yüksək olduğunu söyləyib:

“Çox maraqlı bir oyun gözləyirəm. Bu matçda afrikalılar üçün asan olmayacaq, çünki Argentina millisi çox yaxşı oynayır.

Lionel Messi əla formadadır və artıq çoxlu qol vurub. Ümid edirəm ki, Kabo-Verde yığması mübarizə aparacaq və çempionların həyatını çətinləşdirəcək”.

Argentina – Kabo-Verde görüşü iyulun 4-də, saat 02:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti