Azərbaycanda 15 qol vuran “11 nömrə”nin üstündə “qırğın gedir”!

21:20 Gündəm 395
Azərbaycanda 15 qol vuran “11 nömrə”nin üstündə “qırğın gedir”!

“Səbail”in səsi gur gəlir.

Yeni sponsor şirkətin himayəsinə keçən Bayıl təmsilçisi növbəti mövsümdə I Liqada çempionluq uğrunda mübarizə aparacaq.

Maliyyə imkanları kifayət qədər yaxşılaşan “dənizçilər” iddialı heyət qurmaq niyyətindədir.

“Səbail”in növbəti hədəfi Kennet Kalunqadır.

Ötən mövsüm I Liqada mübarizə aparan “Mingəçevir”in heyətində parlaq oyunu ilə diqqət çəkən 29 yaşlı hücumçu “dənizçilər”lə müqavilə bağlamağa qarşı deyil.

İşin əmması Zambiyadan olan forvarda “Kəpəz”in də “elçi” düşməsidir.

Kennetin arzusu Premyer Liqada oynamaqdır. Lakin burada özünə yer tapıb-tapmayacağına əmin deyil. Ona görə də daha çox şans qazanacağı və qolları sıralayacağı I Liqa ona daha doğma gəlir.

Həm də “Səbail”in maliyyə təklifi nisbətən cəlbedicidir.

Ötən mövsüm 15 qol vurmuş “Mingəçevir”in 11 nömrəsi yaxın iki gün ərzində seçimini edəcək.

Maraq üçün bildirək ki, I Liqanın iddialısı yay fasiləsində Mehdi Cənnətov, Zeyhəddin Əbdürrəhmanov, Kənan Quliyev, Bahadur Həziyev və Vüsal Məsimovla güclənib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti