Elitada peyda olan klubda ikinci rumıniyalı - FOTO

12:40 Hadisə 144
Elitada peyda olan klubda ikinci rumıniyalı - FOTO

“Şəfa” növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Vitorul Tarqu", “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyinib.

"Şəfa" yay fasiləsində Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev və Vlad Marian Popu da transfer edib.

"Şəfa"dan daha bir legioner transferi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti