Son həftələrodə transfer bazarında aktivləşən “Şəfa” yeni legionerlə güclənib.
Bakı klubu anqolalı müdafiəçi Alexandre Abellə anlaşıb.
28 yaşlı afrikalı ilə 1 illik müqavilə imzalanıb. O, bu müddətdə 5000 dollar maaş alacaq.
Müqavilə ilə yerli “Saqrada”ya məxsus olan arxa xətt oyunçusu ötən mövsümü Portuqaliyanın II Liqasında - “Portimonense”də keçirib. O, burada 34 matça çıxıb və 2 qol vurub.
Bu, 21 ildən sonra Premyer Liqaya qayıtmış «Şəfa»nın dördüncü seçimidir. Ondan öncə Vlad Popla «nigah»a giriblər.
Son olaraq Rumıniya Superliqasında “Unirea Sloboziya”nın şərəfini qorumuş yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, bu müddətdə 6500 dollar əməkhaqqı alacaq.
«Ağ-göylər» Andrey Draqunu da sıralarına qatıb. O, rumıniyalıdır və 26 yaşı var. Cinah yarımmüdafiəçisi «Pandurii Tarqu»nun yetirməsidir.
I Liqanın çempionu olaraq elitaya dönən şəhərlilər həmçinin Mohamed Medfaini sıralarına qatıb.
Fransalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Onun 25 yaşı var. Ərəb kökənli vinger son olaraq «Şarleru»nun formasını geyinib.
SPORTİNFO.AZ

