Ürəyi “Qarabağ”la döyünən insanları məmnun edəcək XOŞ XƏBƏRimiz var!

19:40 Qarabağ 253
Ürəyi “Qarabağ”la döyünən insanları məmnun edəcək XOŞ XƏBƏRimiz var!

«Qarabağ» Bakıda özünün ən böyük «fanşop»unu açmağa hazırlaşır.

Yeni mərkəz «28 Mall»da yerləşəcək.

Bunun üçün işlərə başlanıb. Marketinq siyasətinə ciddi önəm verən, hər cəhətdən inkişaf etməyi qarşısına məqsəd qoyan Ağdam klubu bu məqsədlə xaricdən bir neçə mütəxəssisi Azərbaycana dəvət edib.

Onların layihənin həyata keçirilməsi prosesinə nəzarət etməkdədirlər.

«Fanşop» iyulun sonunda fəaliyyətə başlayacaq. Hər halda son plan belədir. Burada kluba ai dnə desən, satışda olacaq.

«Qarabağ» azarkeşlərinə bol məhsul, çoxlu çeşid və seçim təklif edəcək.

«Köhlən atlar» əmindir ki, bu ideya uğurlu alınacaq və mənfəət gətirəcək. Niyə də yox, «Qarabağ» hazırda Azərbaycanın ən populyar klubudur.

Bütün yaş kateqoriyalarını əhatə edən böyük azarkeş ordusu var. Odur ki, indidən təsəvvür etmək çətin deyil - «fanşop»da iynə atsan, yerə düşməyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti