“Qarabağ” futbolçuları məşqdən sonra gülməli vəziyyətə düşdü - VİDEO

17:00 Qarabağ 197
“Qarabağ” futbolçuları məşqdən sonra gülməli vəziyyətə düşdü - VİDEO

“Qarabağ”da inanılmaz dərəcədə yüksək əhval-ruhiyyə hökm sürür.

Komandadakı “qan dəyişikliyi” ümumi atmosferə müsbət mənada təsir etməkdədir.

Bunu görmək və bilmək üçün komandanın Avstriya toplanışında yaşananları izləmək bəs edir.

Klubun sosial şəbəkə hesablarına cavabdehlik daşıyan rəsmilər məşqlərin gedişində və sonrasında yaşanları izləyicilərə təqdim etməklə kollektivdəki atmosferdən xəbər verir.

Yaşıl meydanlarda ciddi və işgüzar görməyə alışdığınız “Qarabağ”ın futbolçuları bu dəfə məşqdən sonra gülməli vəziyyətə düşüb.

Şarı tutmaq uğrunda gedən mübarizədə bəzi oyunşuların hansı vəziyyətə düşdüyünü görmək üçün aşağıdakı videonu mütləq izləyin.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti