“Zirə”nin “Konfrans”dakı rəqibi superkuboku qazandı

2 İyul 09:00 Hadisə 722
“Zirə”nin “Konfrans”dakı rəqibi superkuboku qazandı

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” Gürcüstan superkuboku uğrunda final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kutaisi təmsilçisi həlledici matçda “İberia” ilə qarşılaşıb.

Dörd gün əvvəl yarımfinalda kubokun sonuncu qalibi “Dila”nı məğlub edən (1:0) “Torpedo” bu dəfə də meydandan qalib ayrılıb.

Əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında “Torpedo” qələbə qazanaraq (6:5) superkuboka sahib olub.

“Zirə” ilə “Torpedo” arasında ilk matç iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-sı Kutaisidə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM