"Qarabağ" hazırda əcnəbi hücumçu ilə danışıqlar aparır.
Bu haqda klubdan redaksiyamıza bildirilib.
Saytımıza verilən məlumata görə, Qurban Qurbanovun israrla transferini istədiyi forvardla görüşmələr son mərhələdədir.
Avropanın üzdə olan çempionatlarından birində çıxış edən ön xətt oyunçusu Azərbaycandan aldığı təklifə maraq göstərməkdədir.
Onun formasını geyindiyi klub təzminat qarşılığında bu keçidin baş tutmasına etiraz etmir.
Sadəcə, kompensasiyanın məbləğini dəqiqləşdirmək yönündə müəyyən problem var. "Köhlən atlar"dan bunun üçün 1,5 milyon avro istənilib.
Avropa Liqasında yarışacaq Premyer Liqamızın vitse-çempionu yeni mövsüm öncəsi 6 legioneri rənglərinə bağlayıb.
Zakaria Savo ("Aris", Kipr), Jali Muaddib (“Omoniya Aradippou”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya) və Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) bu siyahıya daxildir.
SPORTİNFO.AZ

