Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstandan "Ferenstvaroş"ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.
Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə 2:6 hesabı ilə məğlub olub.
Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.
"Ferentsvaroş" - "Qarabağ" 1:0
Qol: Felido, 28
Start heyəti: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov, Dani Bolt, Bruno Lanqa, Pedro Bikalyo, Marko Yankoviç, Jobi Montiel, Kamilo Duran, Abdullah Zubir, Zakariya Savo
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Kadi Borjes, Oleksey Kaşuk, Jeremi Qnali, Samuel Lobato, Jali Muaddib

