Azərbaycanı tərk edib Özbəkistana yollandı - FOTO

1 İyul 23:00 Hadisə 276
Azərbaycanı tərk edib Özbəkistana yollandı - FOTO

Azərbaycan millisinin sabiq üzvü karyerasını Özbəkistanda davam etdirə bilər.

Şəhriyar Əliyev bu niyyətlə Asiya ölkəsinə yola düşüb.

“Turan Tovuz”dan ayrılan futbolçu sosial şəbəkə hesabında paytaxt Daşkənddən paylaşımlar edib.

Qaldığı oteldən və fitnes zalında şəkillər paylaşan təcrübəli müdafiəçi hazırda Özbəkistandadır.

O, burada iki klubla danışıq aparır. Klublardan biri ilə razılıq əldə olunacağı təqdirdə Əliyev legioner həyatı yaşayacaq.

Karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Keşlə” (indiki “Şamaxı”) və “Turan Tovuz”un şərəfini qorumuş 33 yaşlı stoper Azərbaycan millisinin heyətində 2 oyunda forma geyinib.

Maraq üçün bildirək ki, Şəhriyar Əliyev Elşən Qəmbərovdan sonra Özbəkistanda legioner həyatı yaşayan ikinci azərbaycanlı futbolçu ola bilər.

HƏBİB / SPORTİNFO,AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti