“Baş məşqçimiz Qurban Qurbanov nə etmək lazım gəldiyini yaxşı bilir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın kapitanı Abdullah Zubir deyib.
Ağdam klubu yayın ilk ayında 5 futbolçu ilə yollarını ayırıb. Daha bir neçə nəfər də yol üstündədir.
Köklü dəyişikliklərdən sonra “Qarabağ” qısa müddətdə ağır mövsümə hazır olacaq?
Səkkiz ildir bu formanı geyinən fransalı vingeri eşidək:
“Qurbanov 20 ilə yaxındır “Qarabağ”dadır və bu müddətdə bir neçə dəfə yenilənmə baş verib. Əminəm ki, məşqçilər heyəti bu işin öhdəsindən gələcək.
Biz də təcrübəli futbolçular olaraq yeni gələnlərin komandaya uyğunlaşması üçün əlimizdən gələni edirik. İnşallah, birlikdə uğurlu olacağıq”.

