Bu adamlar Premyer Liqanı qarışdırırlar - MƏKRLİ PLAN!

19 Aprel 09:40 Azərbaycan Futbolu 643
Bu adamlar Premyer Liqanı qarışdırırlar -  MƏKRLİ PLAN!

Azərbaycan Premyer Liqasında 31-ci tur bu gün Tovuzda baş tutacaq "Turan Tovuz" - "Sumqayıt" matçı ilə start götürəcək.

Amma günlər əvvəldən oyun ətrafında müzakirələr başlayıb.

Təəssüf ki, həmin müzakirələr süni hakim manipulyasıyasından o tərəfə keçmir.

Guya hakimlər "Sumqayıt"ı yuxarı "dartırmış" və bu planın davamı Tovuzda da davam etdiriləcək. Ümumiyyətlə, "kimyaçılar" ətrafında aparılan çirkli söhbətlər uzun müddətdir gedir. Tanımayan da elə bilər ki, bu komanda başqa ölkənin təmsilçisidir.

Bəli, hakimlərlə bağlı haqlı olaraq bu mövsüm ciddi narazılıq var.

Və həmin narazıların başında da həmin "Sumqayıt"ın baş məşqçisi Samir Abasov gəlir.

Adam arxada qalan 30 turdan 8-də ehtiyat skamiyada yox, tribunalarda oturmalı olub. Hakimlərin yerli-yersiz vərəqələri ucbatından.

Narazıların siyahısı isə çempion "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan, sonuncu pillədə yer alan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzeyə kimi genişdir.

Premyer Liqanın hakimləri son illər builki qədər müzakirə olunmamışdı.

Azalır hər tur biz onların kobud xətalarına şahidlik edirik.

Bəzən isə həmin səhvlərin adını hansısa planın tərkib hissəsi hesab edənlər, təqdim edənlər var.

Plan dediyimiz də hansısa komandanın hakimlərin hesabına avrokuboklara vəsiqə qazanmasından söhbət gedir.

Əvvəla əldə ciddi fakt olmadan belə iddia səsləndirmək kökündən yanlışdır. Adamlar həftələrlə məşq edir, meydana çıxıb əziyyət çəkir, tər axıdır və qələbə qazanır.

Kənardan asanlılqa “sizə qələbəni hədiyyə etdilər” deməklə uğura kölgə salmaq bu qədər asan olmamalıdır. Əməyə böyük hörmətsizlikdir.

Digər tərəfdən, hansısa klubu irəli çəkmək üçün öncə sanballı hakim olmalısan.

Bu gün Premyer Liqada olan fit sahiblərinin əksəriyyəti heç ciddi hakim kimi qəbul edilmir.

Hər oyunda edilən uşaq səhvləri plan yox, hakimlərimizin real səviyyəsidir.

Əbəs deyil ki, kobud xətaları aşağı-yuxarı bütün komandaların oyunlarında görə bilirik.

Məsələn, ötən tur "Səbail" - "Kəpəz" oyununun baş hakimi Cavid Cəlilovun əsas vaxta 4 dəqiqə artırdığı halda, qonaqlar bərabərlik qolunu 90+6-da vurdu.

4 dəqiqə hakim tərəfindən artırılan vaxtdır. Hesab edə ki, bir dəqiqə də Adil Mehremiçin qırmızı vərəqə almasına görə itirilən vaxtdır. Bəs 6-cı dəqiqə nə üçün, kimin üçün idi? 95-ci dəqiqə tamam olanda top mərkəzdə idi. Final fiti üçün bundan ideal məqam? Amma yarıtmaz hakim həmin zamanlamanı tuta bilmir. Acısını da Bayıl təmsilçisi yaşayır. Halbuki hakimlərin bu komandanı "dartması" barədə iddialar az səslənmir.

Sözümün canı odur ki, 1-2 nəfər xaric hamısı eyni bezin qırağıdır. Futbolçu, məşqçi, rəsmilərlə komnikasiya qura bilməyən, meydanda aftoriteti olmayan, qaydaları əzbər bilib, icrasından xəbərsiz olan toplumdur. Onlar hara, hansısas planı icra etmək hara?

Bir işi, planı həyata keçirmək üçün öncə həmin işin ustası olmaq lazımdır.

İncəliklərini mənimsəmək lazımdır. Ki, planı da “peşəkarcasına” həyata keçirə biləsən.

Planı icra edirdi Xaqani Məmmədov. Hakimlər Komitəsinin sabiq sədri.

İndi işsiz olan, gecə-gündüz hakimləri, federasiyanı ancaq tənqid edən Məmmədov. Qurduğu planı qatarda başlayıb, meydanda bitirirdi və ya əksinə.

Hakim kimi də Məmmədovun meydanda çəkisi vardı. Futbolçular onun əzəmətini hiss edirdi. İndi də efirləri fikirlərilə bəzəyib kütləyə təsir edir. Hesab soran yoxdur ki, axı siz kim olmusunuz?

Əvəzində onun fikirlərini təmtəraqla təqdim edirlər. Bəlamız ondadır ki, uzun illər bərbad sədrliyi, sərəncamında olanların idarəçiliyi ilə əsəblərimizlə oynayan adam, bu gün olub haqq carçısı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti