COP29

Azərbaycanın futbol rəsmiləri Frankfurtda - FOTOLAR

6 Dekabr 2023 22:40 Azərbaycan Futbolu 478
Azərbaycanın futbol rəsmiləri Frankfurtda - FOTOLAR

AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin ikinci sessiyasına start verilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, dekabrın 9-dək davam edəcək seminar Almaniyanın Frankfurt şəhərində təşkil edilib. Seminarda AFFA-nın, PFL-in və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak edir.

Tədbirin ilk günü aşağıda qeyd olunan mövzular ətrafında seminar keçirilib:

- “Ayntraxt” (Frankfurt) klubunun strukturu və strategiyası
- Klubun əməliyyatlarının idarə edilməsi – CEO baxışı
- İdman direktorunun və İdman departamentinin rolu
- Stadion turu


Klubun əməliyyatlarının idarə edilməsi mövzusunda Belçikanın “Leuven” klubunun baş icraçı direktoru Peter Villems fikirlərini bölüşüb. İdman direktorunun və İdman departamentinin rolu haqqında İsveçrənin “Servet” klubunun idman direktoru, veteran futbolçu Filip Senderos çıxış edib.

Proqramın əsas məqsədi Premyer Liqa klublarının klub idarəçiliyi sahəsindəki biliklərinin artırılması və təkmilləşdirilməsidir. Üç mərhələdən ibarət olan layihənin sonuncu - üçüncü sessiyası fevralda Bakıda keçiriləcək.





Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"