Ən çox tənqid edilən azərbaycanlı hücumçu: "Hər şey mən istəyən kimi ola bilməz"

6 Aprel 09:40 Azərbaycan Futbolu 968
Ən çox tənqid edilən azərbaycanlı hücumçu: "Hər şey mən istəyən kimi ola bilməz"

«Uzun müddət Premyer Liqadan uzaq düşdüm.

Bir növ yüksək liqa həyəcanından, təcrübəsindən məhrum oldum.

Qaçırdığım qol imkanlarını həmin boşluqla əlaqələndirmək olar?

Hardasa bir balaca demək olar». Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın hücumçusu Orxan Əliyev deyib.

Muxtar Respublika təmsilçisi 9 illik fasilədən sonra Premyer Liqaya dönüb. İllər öncə «Neftçi» və «Xəzər Lənkəran»ın heyətində elita həyacanı yaşamış

O.Əliyev cari mövsümdə 9 qol vurub. O, bu göstərici ilə bombardirlər yarışında yalnız "Qarabağ"lı Olavio Juninyo (17) və "Səbail"li Aleksandr

Ramalinqomdan (11) geri qalır. Bununla belə, sözügedən forvard son vaxtlar mətbuatın ciddi tənqidlərinə məruz qalmaqdadır.

Buna səbəb onun qaçırdığı qol epizodları fonunda komandanın məğlubiyyətləri sıralamasıdır.

Əliyev üzləşdiyi tənqidlərə bu cür münasibət bildirib:

«Mən peşəkar futbolçuyam. Hər məşqdə üzərimdə çalışıram.

Hər şey də yaxşı alınır. Sadəcə, son anda nəsə çatmır. Futboldur, hər şey mən istəyən kimi ola bilməz».

Digər Xəbərlər
Xəbər Lenti