"Zirə" ilə "Neftçi"nin yolu kəsişdi - Kubokun 1/4 final cütləri

24 Noyabr 2022 01:50 Azərbaycan Futbolu 576
"Zirə" ilə "Neftçi"nin yolu kəsişdi - Kubokun 1/4 final cütləri

Azərbaycan kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarından sonra “Turan Tovuz”, “Qəbələ”, “Səbail”, “Zirə”, “Kəpəz” və “Sabah” növbəti tura vəsiqə qazanıb.

“Qarabağ”la “Neftçi” isə mübarizəyə birbaşa 1/4 finaldan başlayacaqlar.

Yarımfinala vəsiqə uğrunda aşağıdakı kollektivlər mübarizə aparacaqlar. Bu mərhələnin oyunları 8-9 və 19-20 dekabr dekabrda keçiriləcək.

1/4 final

"Qarabağ" – "Qəbələ"
"Səbail" – "Sabah"
"Zirə" – "Neftçi"
"Kəpəz" – "Turan Tovuz"

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu