AFFA 5000 manat qrant ayıracaq - Bu layihənin reallaşdırması üçün

23 Aprel 2022 02:10 Azərbaycan Futbolu 735
AFFA 5000 manat qrant ayıracaq - Bu layihənin reallaşdırması üçün

UEFA Grow və RESULT Sports” rəqəmsal agentiliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Klub Dəstək Proqramı çərçivəsində sosial media mövzusunda seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, seminarda Premyer Liqa klublarının marketinq və media şöbələrinin rəhbərləri və sosial media mütəxəssisləri iştirak edib.

Görüşdə RESULT Sports şirkəti tərəfindən klub nümayəndələri üçün sosial medianın müxtəlif istiqamətləri üzrə prezentasiyalar təqdim edilib,

Premyer Liqa komandalarının sosial media platformalarındakı səhifələri üzrə nəticələr müzakirə olunub.

Seminarda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev klublar arasında keçirilmiş qrant müsabiqəsi üzrə qalibi elan edib.

Münsiflər heyətinin sesverməsinin nəticəsinə əsasən, mart-aprel aylarında Premyer Liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə keçirilmiş Qrant müsabiqəsinin qalibi “Qəbələ” klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi olub.

Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayırılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"