“Neftçi” həm bu, həm də legioner baxımdan “Qarabağ“a uduzur”

14 Yanvar 2022 11:00 Azərbaycan Futbolu 1 456
“Neftçi” həm bu, həm də legioner  baxımdan “Qarabağ“a uduzur”

“Transfer o demək deyil ki, yayda gətirib, qışda yola salasan.

Bunun olmaması üçün bəyəndiyin futbolçunun nə yeməyindən, nə xoşladığına qədər hər şeydən xəbərdar olmalısan ki, komandana uyğunlaşıb-uyğunlaşmayacağını biləsən”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan”a futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Baş məşqçi kimi “Qarabağ” və “Neftçi”də çalışmış 74 yaşlı mütəxəssis bu komandaların qış transfer fəaliyyətini dəyərləndirib. O, xüsusən də, “Qarabağ”ın doğru yolda olduğunu bildirib:

“Qarabağ” geniş heyəti olmasına baxmayaraq, daha bir neçə oyunçunu transfer edib. Çünki sabahını düşünür. Bütün Avropa klublarının öz strategiyaları olur.

Məsələn, “Ayaks” nəyin hesabına böyük klubdur? İstedadlı oyunçunu 1 milyon avroya gətirir, 10 milyona satır. Üstəlik, hədəfi də kiçilmir

. Problem ondadır ki, bizim klublarda strategiya yoxdur. Yalnız “Qarabağ” istisnadır. Düzgün strategiya sayəsində hər il qrupa qədər irəliləyir,

UEFA-dan maliyyə gəlir, həmçinin istədiyi oyunçunu ala bilir. Əcnəbi futbolçular da “Qarabağ”a gəlməyə artıq müsbət baxırlar. Yəni, həm oyunçular, həm məşqçilər, həm də klub daim inkişafdadır”.

1987-1988 və 2004-2006-cı illərdə “Neftçi”yə rəhbərlik etmiş Mircavadov paytaxt klubunda əsas problemin yerli oyunçularla bağlı olduğunu düşünür:

“Neftçi”nin orta xətti ötən mövsüm çox ağıllı oyunçulardan qurulmuşdu. Mamadu Kane, Sabir Buqrin və Emin Mahmudov bir-birini tamamlayırdı.

Hər üçü formada olduğu zaman yalnız onların ötürmələrini qola çevirəcək yaxşı hücumçuya ehtiyac olur. Amma indi Buqrinin gedişi komandanın işini çətinləşdirəcək.

Yenə də mövsümün ikinci yarısında “Qarabağ”a çatmaq mümkünsüz deyil. Bunun üçün ilk növbədə yerli oyunçu transferlərinə diqqət ayırmaq lazımdır.

Məsələn, “Keşlə”dən alınan Azər Salahlı komandanın sisteminə tam uyğundur. “Qarabağ” yerli bazarda hamıdan üstündür. Keyfiyyətli uşaqları götürdü, indi hamısı əsas komandada yer alır. “Neftçi” həm bu, həm də əcnəbi oyunçu baxımdan onlara uduzur”.

Digər Xəbərlər
Xəbər Lenti