"Məncə, Elxan Məmmədovun yeni vəd verməsinə ehtiyac yoxdur"

1 Oktyabr 2021 16:00 Azərbaycan Futbolu 678
"Məncə, Elxan Məmmədovun yeni vəd verməsinə ehtiyac yoxdur"

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov bir neçə gün əvvəl Tovuz rayonunda səfərdə oldu.

Səfər çərçivəsində Məmmədov "Turan Tovuz" klubunun nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına da baş çəkib.

Səfərin təfərrüatları ilə tanış olmaq üçün "Turan Tovuz"un idman direktoru Nadir Nəbiyevlə danışmağı məqsədə uyğun saydıq.

Nəbiyev Elxan Məmmədovun Tovuz Akademiyasına səfəri ilə bağlı Sportinfo.az-a bunları deyib: "Səfərlə bağlı öncədən hər hansı bir plan olmayıb. Səfərdə əsas məqsəd akademiyada uşaqların şəraiti, təhsili ilə yaxından maraqlanmaq və onları geyim dəsti ilə təmin etmək idi. Uşaqlara təkcə futbolçu kimi deyil, həm də bir şəxsiyyət kimi cəmiyyətə lazım olduqları deyildi. Onlara təhsilə önəm vermələrinin vacibliyi bildirildi. Burada uşaqlar üçün hər bir şərait olduğuna görə nəsə yeni vəd verməyə məncə, ehtiyac yoxdur".

Görüş zamanı akademiya uşqlarının xarici klub formalarında olması sosial şəbəkələrdə geniş müzakirələrə yol açdı. Nəbiyev bu problemin həll olunduğunu bildirib: "Dediyim kimi səfərdə əsas məqsəd uşaqları idman geyimləri ilə təmin etmək idi. Ona görə də digər komandaların formasında olmaları gözlənilən idi. Artıq akademiyada uşaqları ancaq komandanın forması ilə görə biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti