"Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var"

29 Aprel 2021 19:00 Azərbaycan Futbolu 828
"Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var"

"Azərbaycanda, xüsusilə də mənim komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 önəmli gənc futbolçu var.

Amma problem ondadır ki, ölkə Avropa İttifaqına daxil deyil və həmin oyunçuların yerini başqaları tutur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yerli futbolçuların ölkə xaricində çıxış edə bilməmələrinin səbəbləri barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Premyer Liqanın səviyyəsi də legioner həyatı yaşamağa imkan vermir:

"Onların təcrübələri çatmır, çünki İtaliya, İspaniya, İngiltərə və Almaniyadakı kimi rəqabətli liqada oynamırlar. Amma güclü rəqiblərlə mübarizə aparmaları inkişaflarına töhfə verə bilər.

Məsələn, İtaliyada "Atalanta"nı nümunə göstərə bilərəm. Ukraynalı Ruslan Malinovski kimi bir çox insana məlum olmayan oyunçuları komandaya cəlb edirlər.

Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə yetişdirməyi bacarır və beləliklə, nəticə qazanırlar".

Digər Xəbərlər
Xəbər Lenti