"Sabah" "Kəpəz"lə bacarmadı, "Zirə" və "Qəbələ" 1/4 finalda - Yenilənib

25 Yanvar 2021 18:54 Azərbaycan Futbolu 1 340
"Sabah" "Kəpəz"lə bacarmadı, "Zirə" və "Qəbələ" 1/4 finalda - Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə üç matç baş tutub. Günə Tovuzda start verilib. “Qəbələ” I divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub. Bu görüşdə "Qəbələ" qələbə qazanaraq “Qarabağ”a rəqibi olub.

1/8 finalın yeganə paytaxt derbisində “Qaradağ Lökbatan” “Zirə” önünə çıxıb. Rəşad Sadıqovun kubokdakı debütündə darmadağınla mərhələ adlayıb. "Zirə" növbəti mərhələdə ""Neftçi" ilə qarşılaşacaq.

Günə uğursuzların dueli ilə yekun vurulub. Premyer Liqanın autsayderi “Sabah” elitaya yüksəlmək şanslarını boşa verməkdə olan “Kəpəz”i sınağa çəkib. Paytaxtdakı qarşılaşmada sensasiya baş verib. Gözlənilmədən "Sabah" üzərində qələbə qazanan "Kəpəz" növbəti mərhələdə “Keşlə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 24-də start götürən mövsümün ilk qarşılaşmasında “Səbail” “Zaqatala”nı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Paytaxt təmsilçisi fevralın 1-2 və 6-7-də baş tutacaq 1/4 finalda “Sumqayıt”la görüşəcək.

Azərbaycan kuboku 1/8 final

25 yanvar (bazar ertəsi)

14:00. “Turan TovuzQəbələ0-2

Qollar: Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov

“Turan Tovuz”: 77. Mehman Hacıyev, 4. Səbayıl Bağırov, 10. Akif Tağıyev (k), 8. Aqşin Muxtaroğlu, 16. Fuad Bayramov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 3. İzzət Müştaqov, 9. Vidadi Cəfərov, 11. Nurlan Şabanov, 19. Xəyyam Hüseynov

Ehtiyat oyunçular: 1. Əmrah Zülfiqarlı, 20. Elmir Tağıyev, 18. Elmin Bayramov, 2. Firuz Əhmədov, 22. Elşad Tağıyev, 14. Ramin Süleymanov, 7. Elçin Qasımov, 17. Rəşad Əliyev Baş məşqçi: İlham Yadullayev

“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov Baş məşqçi: Elmar Baxşıyev

Tovuz şəhər stadionu

16:00. “Qaradağ Lökbatan” – “Zirə0-4

Qollar: Nemanya Andelkoviç 12, Davit Volkov 27, 45+1, Musa Qurbanlı, 30

“Qaradağ Lökbatan”: 1. Nail Alışov, 15. Əlibəy Məmmədli, 19. Orxan Əliyev (k), 7. Mirkamil Əliyev, 4. Elvin Sərkərov, 18. Elnur Səmədov, 47. Sərxan Abdullayev, 11. Elnur Cəfərov, 22. Kamil Hüseynov, 9. Sabir Allahquliyev, 3. Məhərrəm Orucov

Ehtiyat oyunçular: 90. Cəfər Əlizadə, 10. Tapdıq Əhmədov, 77. Elşən Veysov, 14. Davud Mahmudov, 17. Fərid Mahmudov, 21. Nizami Səmədov, 38. Əbdülkərim Ağamalıyev, 5. Nazim Rəhimov, 6. Samir Ağayev Baş məşqçi: Nazim Əliyev

“Zirə”: 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1. Mateus Albino, 4. Elvin Camalov, 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 3. Ali Sisey, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu “Dalğa Arena”

17:00. “Sabah” – “Kəpəz” 1-2

Qol: Filip İvanoviç, 45 - Samir Qurbanov, 69, Əli Səmədov,83

“Sabah”: 31. Rustam Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev (k), 17. Məhəmməd Mirzəbəyov. 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 8. Kevin Kubemba, 30. Mario Marina, 6. Şakir Seyidov

“Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 97. Emil Qasımov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 17. Ümid Səmədov

Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 11. Elcan Rəhimov, 7. Ruslan Süleymanov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov “Bank Respublika Arena”

Digər Xəbərlər
Xəbər Lenti