COP29

Braziliyalı legionerin xoş jestinə qəzəbli münasibət göstərildi

23 Oktyabr 21:00 Azarkeş 609
Braziliyalı legionerin xoş jestinə qəzəbli münasibət göstərildi

"Araz Naxçıvan"ın legioneri Felipe Santos Şamaxıda qəribə olayla qarşılaşıb.

Belə ki, Premyer Liqanın 10-cu turunun "Şamaxı" - "Araz-Naxçıvan" görüşündə yeganə qolu braziliyalı vurub.

Və onun həlledici zərbəsi komandasına 3 xal qazandırıb.

Lakin vinger vurduğu qola sevinməyib.

Buna səbəb onun daha əvvəl ölkəmizdə məhz "Şamaxı"nın şərəfini qoruması olub.

O, centlimen davranışını meydanı tərk edəndə də davam etdirib.

"97 nömrə" bu dəfə sabiq komandasının azarkeşlərinə hörmət əlaməti olaraq onları alqışlayıb.

Lakin əvəzində gözləmədiyi qarşılığı alıb.

Tribunaya cəm olan yerli fanatlar onu fitə basıb, uğultu ilə ehtiyat skamiyaya yola salıb.

Başverənlərdən şok olan "sambaçı" məyus halda komanda yoldaşlarının yanına gedib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!