COP29

Əvvəl “Qarabağ” şəhərimizi bizə dar etdi, indi isə...

6 İyun 21:00 Azarkeş 2 822
Əvvəl “Qarabağ” şəhərimizi bizə dar etdi, indi isə...

Nə deyəsən axı? Haradan başlayıb, harada bitirim bilmirəm?

Miodraq Bojoviç və "hörmətli" rəhbərlik “Neftçi”yə “5” verdi.

Hə, indi nə olacaq? Kreslosunu qorumağa çalışanlar yeni günahkarlar axtaracaq. Artıq biri məlumdur, Bojoviç getdi.

Mən bir qarabağlı olaraq “Neftçi” üçün ölüb-dirilən azarkeşəm. Bu klub üçün canını belə fəda edə biləcək azarkeşəm. Amma bu il ilk dəfə “Neftçi”li olmağa utandım.

Görəsən, özünü “Neftçi”li hesab edən, futbol adamı olmayan, amma “Neftçi”nin hesabına milyonlar yeyən rəhbərlik az da olsa utanır?

“Sabah”la oyunda 2 yaşlı uşaq da vardı, 82 yaşlı qoca da. Balacasından böyüyə kimi hər kəsi göz yaşlarına qərq edən rəhbərlik xəcalət çəkmirmi?

Onlara səslənirəm - əgər azacıq vicdanınız varsa, klubu vaxtında tərk edin.

Əvvəl “Qarabağ” şəhərimizi bizə dar etdi, indi isə siyahıda “Sabah”, “Zirə” belə var.

Vicdansız görülən işlərə görə sonda barı ikinci olmağa ümid edirdik. İndi isə 5-ci olmağa məhkumuq. İlin yekun hesabını kimlər verəcək?

Komandanı 1 adam idarə edər, amma bizdə say mindir. Digər 9 klubda belə şey yoxdur. “Neftçi”nin pullarını ata malı kimi yeyən “hörmətli rəhbərlik” hesab vermək üçün indi hansınızı önə verəcəksiniz?

İçinizdə mərdlik edib qabağa duracaq, günahları etiraf edəcək kimsə varmı? Başda Fərrux bəy olmaqla hər kəs mövsümün əvvəlindən deyirdi ki, narahat olmayın, biz buradayıq. Nə oldu bəs?

Mətbuat xidmətinin rəhbəri Emin Əfəndi də başverənlərə sakit, biganə qala bilməz. Şəxsən sizlər ən azı ikinciliyi bizə söz vermişdiniz. Amma sözünüzü tuta bilmədiniz. Hər dəfə bizim meydandan başı aşağı ayrılmağımıza səbəbkar olanların hər birinə Allahdan lənət oxuyuram. “Neftçi”nin çörəyi haramınız olsun.

Mənsum Abbaslı, Sportinfo.az-ın poçt qutusu

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?