COP29

"Qarabağ"ı məğlub etdilər, məşqdə xoş surprizlə qarşılaşdılar - FOTOLAR

4 May 09:40 Azarkeş 1 670
"Qarabağ"ı məğlub etdilər, məşqdə xoş surprizlə qarşılaşdılar - FOTOLAR

"Qarabağ" üzərində qazanılan son qələbə "Sumqayıt"ın avrokuboklar şansını bir xeyli yüksəldib.

Komanda ali hədəf uğurunda bu dəfə Tovuz səfərinə yollanıb.

"Kəpəz" Premyer Liqanın 33-cü turu çərçivəsində "kimyaçılar"ı bu şəhərdə qonaq edəcək.

"Gənclik şəhəri" təmsilçisinin fanatları sevimli komandalarını uzaq səfərə yüksək əhval ruhiyyədə yola salıb.

Belə ki, "Ultras Sumqayıt" fan klubu kollektivin Sumqayıtda baş tutan son məşqini ziyarət edib.

Tərəfdarlar məşq boyu Samir Abasov və futbolçuların adını səsləndirib, bəstələr oxuyublar.

Fanatlar bununla ağır oyun öncəsi kollektivinin yanında olduqlarını göstərmiş olublar.

"Kəpəz" - "Sumqayıt" görüşü bu gün saat 16:30-da, Tovuz şəhər stadionunda start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti