"Qarabağ" cəbhəsində möhtəşəm toy - VİDEONU MÜTLƏQ İZLƏYİN!

28 Oktyabr 2023 23:00 Azarkeş 1 626
"Qarabağ" cəbhəsində möhtəşəm toy - VİDEONU MÜTLƏQ İZLƏYİN!

“Qarabağ”ın ən böyük azarkeş qrupu olan “İmarət”də xeyir iş olub.

Fanklubun fəallarından olan Tağı Tağıyev subaylığın daşını atıb.

O, özünə ömür-gün yoldaşı seçdiyi xanım da tribunalara yada adam deyil.

Tağının ailə həyatı qurduğu Sevda Şərbətzadə də sadiq “Qarabağ” azarkeşlərindən biridir.

Daim tribunlarda “Atlılar”ı aktiv dəstəkləyir.

Tribuna dostlarının xoş günləri təbii ki, əsl tribuna havasında keçib.

Belə ki, bəy və gəlin mərasim zalının önünə ayaq basar-basmaz fakellər yandırılıb.

Özü də Sevdanının xanım tribuna yoldaşları tərəfindən.

Cütlüyün qonaqlar önünə çıxması isə adət etdiyimiz kimi vağzalı havasında yox, Avropa liqasının himninin müşayiəti ilə baş tutub.

SPORTİNFO.AZ

Maraqlı anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI