"Sportinfo"nun iradına bölgə klubundan cavab gəldi - AÇIQLAMA

18 Avqust 2022 20:00 Azarkeş 901
"Sportinfo"nun iradına bölgə klubundan cavab gəldi - AÇIQLAMA

9 ildən sonra Premyer Liqaya qayıdan “Turan Tovuz” ilk gündən böyük azarkeş ordusunun dəstəyini arxasında hiss etməkdədir.

Məsələn, "Qəbələ" ilə matça (0-2) komandanı görmək üçün tribunalara 5000-dən çox fanatın gəlməsi bunun əyani göstəricisidir. Bundan gözəl dəstək?

Amma həmin fanatların 90 dəqiqə komandanı möhtəşəm dəstəkləməsinin ekranlardan kənar qalmasını ötən dəfə nöqsan kimi qeyd etmişdik.

Belə ki, oyunu canlı yayımlayan “CBC Sport” kanalının çəkiliş kamerası da fanatların böyük əksəriyyətinin oturduğu tribunada yerləşdirildiyi üçün ekran arxasından oturanlar yalnız az sayda fanatların yer aldığı qonaq tribunası və ümumiyyətlə tirbuna olmayan qapılar arxasını görə bilir.

Sevindirici xəbər klubdan gəlib, iradımız qarşıdakı dönəmdə öz həllini tapacaq.

Bunu Sportinfo.az-a açıqlamasında klubun icracı direktoru Nadir Nəbiyev dilə gətirib:

“Bəli, bu barədə bizim də məlumatımız var. Əslində üstü açıq tribuna tərəfdə çəkiliş otağı indiyə kimi tikilməliyidi.

Sadəcə, layihə gecikdi deyə məsələ uzandı. Amma layihə hazır olan kimi tikinti start götürəcək. Bu da yaxın vaxtlarda gözlənilmir. Ən azı iki ay çəkəcəyi ehtimal olunur”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti