Bütün biletlər satıldı: "Qarabağ" - "Ferentsvaroş" üçün

3 Avqust 2022 17:30 Azarkeş 953
Bütün biletlər satıldı: "Qarabağ" - "Ferentsvaroş" üçün

Bakıda "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün biletlər tükənib.

Sportinfo.az “Iticket.az”ın rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılmış bütün biletlər alınıb.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!