"Özünüzə gəlin, bilin ki, bu, belə getməz" - "Qəbələ"li futbolçulara sərt XƏBƏRDARLIQ

19 Mart 2022 10:40 Azarkeş 954
"Özünüzə gəlin, bilin ki, bu, belə getməz" - "Qəbələ"li futbolçulara sərt XƏBƏRDARLIQ

"Qəbələ" Premyer Liqanın 20-ci turunu "Neftçi" səfərində ağır məğlubiyyətlə (0-4) başa vurdu.

Bölgə klubunun qışdan sonra ikinci belə darmadağınıdır. Elmar Baxşıyevin yetirmələri cəmi bir tur əvvəl "Qarabağ" səfərində böyük hesablı məğlubiyyət yaşamışdı - 1:5.

Artıq belə nəticələr yerli azarkeşlərin də səbr kasasını daşırıb. Fanatlar mövsümün surpriz nəticələrinə imza atan komandalarını belə nəticələrdən sonra rahat buraxmaq fikrində deyil.

Bunu komandanın yeganə azarkeş qrupu olan "Red Black Army" azarkeş qrupunun rəhbəri Cavad Şəriflinin sosial şəbəkə hesabındakı paylaşımından hiss etməmək mümkün deyil.

"Özünüzə gəlin, bilin ki, bu, belə getməz" - "Qəbələ"li futbolçulara sərt XƏBƏRDARLIQ

O, futbolçuları ayılmağa səsləyib və belə gedə bilməz deyə, xəbərdarlıq edib: "Bəylər, başda Nicat olmaqla özünüzə gəlin. Artıq böyük hesablı məğlubiyyətlərə adət edirsiniz.

Yolların bağlı, hər yerin qar olmasına baxmayaraq uzaq yoldan gələn uşaqlar tribunada can qoyur.

Bəziləriniz oyun qurtaran kimi paltardəyişmə otağına gedirsiniz. Hər şeyi görürük. Bunu bilin ki, bu, belə getməz".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti