Azərbaycanın oyununda qapılar açıq olacaq - Məhdudiyyət götürüldü

11 Mart 2022 00:40 Azarkeş 957
Azərbaycanın oyununda qapılar açıq olacaq - Məhdudiyyət götürüldü

Slovakiyada futbol oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, martın 14-dən ölkədə pandemiyaya qarşı bütün məhdudiyyətlər götürüləcək.

Qurum iki ildən sonra stadionların məhdudiyyətsiz fəaliyyətindən məmnunluğunu bildirib və buna baxmayaraq, hər kəsi daha diqqətli olmağa səsləyib.

Azərbaycan millisi UEFA Millətlər Liqasında Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM