Dəlisov azarkeşlər arasında dava düşdü, 17 nəfər öldü - FOTO

6 Mart 2022 15:40 Azarkeş 1 071
Dəlisov azarkeşlər arasında dava düşdü, 17 nəfər öldü - FOTO

“Keretaro” və “Atlas” arasında Meksika çempionatının oyunu zamanı kütləvi dava düşüb.

Sportinfo.az xəbər verir ki, Meksikanın mərkəzi hissəsindəki eyniadlı ştatın paytaxtı Queretaro şəhərindəki stadionda baş vermiş qarşıdurmalarda 20-dən çox azarkeş xəsarət alıb.

Kütləvi dava nəticəsində 17 nəfər dünyasını dəyişib. Bu barədə jurnalist David Medrano Feliks özünün tviter səhifəsində paylaşım edib.

Tribunalarda və meydançada toqquşmalar matçın ikinci hissəsində, “Atlas”ın 0:1 hesabı ilə öndə olduğu vaxt olub. İlkin məlumatlara görə, hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb.

Liqa rəhbərliyi baş verənlərlə bağlı hərtərəfli araşdırma aparacağına söz verib və IX turun qalan oyunlarının təxirə salınmasına qərar verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti