“Marsel”i Bakıda kimlər dəstəkləyəcək?

24 Fevral 2022 18:50 Azarkeş 2 715
“Marsel”i Bakıda kimlər dəstəkləyəcək?

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Marsel” dəstəksiz qalmayacaq.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə bir qrup fransalı tribunadakı yerini alacaq.

Liqa1 təmsilçisini bu qarşılaşmada konkret olaraq 180 azarkeşin dəstəkləyəcəyi bildirilib.

Bakıda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Marseldəki ilk matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti