5 il əvvəl "Xəzər Lənkəran" fəaliyyətini dayandıranda əksəriyyət komandadan çox, yerli azarkeşlərin futbol arenasından uzaq düşməsinə üzülmüşdü.
Ki, Lənkəran azarkeşinin çılğınlığı, komandasına sevgisi, coşğusu futbolumuza yeni nəfəs gətirmişdi.
"Xəzər Lənkəran" hansı şəhərdə, hansı rayonda oynamasından asılı olmayaraq həmin fanatların sayəsində tribunalarda ab-hava tamam fərqli olurdu.
Bir sözlə, cənublu fanatlar üçün arxada qalan 5 ili çox darıxmışdıq. Elə onlar da belə səfərlər üçün az darıxmayıblarmış.
Belə ki, "Neftçi-2"nin doğma meydanda "Xan Lənkəran"la yoxlama görüşü böyük anışlaqla yadda qaldı. İkinci liqa klubunun Region Liqa təmsilçisi ilə yoxlama görüşündə tribunalarda boş yer yox idi.
Səbəb məhz hamımızın nisgilini çəkdiyimiz həmin azarkeşlər idi. Onlar bu dəfə soyuq qış günü, "Neftçi" səfərində "Xan Lənkəran"ın işığına toplanmışdılar.
Sportinfo.az adıçəkilən qarşılaşmada yaşananları özündə əks etdirən videonu sizə təqdim edir.

