"Qəbələ"lilər "Neftçi"yə belə "ilişdi" - "1,2,3..."

15 Dekabr 2021 18:00 Azarkeş 953
"Qəbələ"lilər "Neftçi"yə belə "ilişdi" - "1,2,3..."

Azərbaycan Premyer Liqasının 14-cü turunun açılış oyununda "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib.

Matçda hesabı meydan sahibləri Rəfael Utriqin vurduğu qolla açıb.

Braziliyalı hücumçunun fərqlənməsindən sonra "Qəbələ" tərəfdarları səsləndirdikləri maraqlı şuarla yadda qalıb.

Belə ki, 5 il əvvəl "Neftçi"ni 8-0 udduqları oyunu yada salan fanatlar məşhur qafiyədə deyilən "1,2,3,4,5,6,7,8" şuarı ilə sevimli komandalarını növbəti qollar vurmaq üçün irəli səsləyiblər.

Amma onların arzusu həyata keçməyib. Məhz həmin şuardan bir neçə dəqiqə sonra qonaqlar Emin Mahmudovun qolu ilə hesabı bərabərləşdirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti